Modern.az

Jurnalist Rasim Əliyevin döyüldüyü anın VİDEOSU

Jurnalist Rasim Əliyevin döyüldüyü anın VİDEOSU

22 Dekabr 2015, 16:11


Bu il avqustun 8-də futbolçu Cavid Hüseynovun yaxınları tərəfindən döyülən, bir gün sonra isə xəstəxanada dünyasını dəyişən jurnalist Rasim Əliyevin döyüldüyü anın əks edildiyi görüntülər yayılıb. 

Modern.az saytı "ann.az"-a istinadən xəbər verir ki, döyülmə anı hadisənin baş verdiyi məkanda qoyulmuş nəzarət kameralarına düşüb. 

Qeyd edək ki, avqustun 8-də jurnalist Rasim Əliyev paytaxtın Bayıl qəsəbəsi ərazisində bir qrup naməlum şəxs tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və avqustun 9-da orada vəfat edib.

Jurnalist Rasim Məmmədəli oğlu Əliyev 1984-cü il avqustun 16-da Bakıda anadan olub. O, Azərbaycan Dövlət Neft Akademiyasındı bitirib.

Rasim Əliyev 2007-ci ildən Obyektiv TV-nin əməkdaşı, 2015-ci ildən isə ANNTV.az -da video qrupun rəhbəri vəzifəsində çalışıb.

2014-cü ilin sonlarından Reportyorların Azadlıq və Təhlükəsizlik İnsititunun (RATİ) sədri vəzifəsinə təyin edilib.

Onun ölümünə görə, “Qəbələ” futbol klubunun sabiq kapitanı Cavid Hüseynov və daha 5 nəfər təqsirləndirilir. Avqustun 8-də jurnalist Rasim Əliyev Bayıl qəsəbəsində Cavid Hüseynovun bibisi oğlu Elşən İsmayılov və onun 4 dostu tərəfindən döyülərək xəstəxanaya yerləşdirilib. R.Əliyev avqustun 9-da xəstəxanada vəfat edib.
Jurnalistin ölümünə görə, Cavid Hüseynov, Elşən İsmaylov və jurnalistin döylməsində iştirak edən digər 4 nəfər də həbs edilib.



Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi