Modern.az

Vaqif Əsədov sərxoş sürücülərlə bağlı statistikanı açıqladı

Vaqif Əsədov sərxoş sürücülərlə bağlı statistikanı açıqladı

22 Dekabr 2015, 15:56

“Bakı şəhərində baş verən yol-nəqliyyat hadisələrinin ümumi təsnifatında azalma qeydə alınıb. Bu ilin əvvəlindən dekabrın 19-dək Bakı şəhərində 768 yol-nəqliyyat hadisəsi baş verib. Qəzalar nəticəsində 217 nəfər ölüb, 843 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə 104 hadisə, 82 ölüm və 32 xəsarət faktı azalıb”.

Modern.az saytı xəbər verir ki, bunu Bakı Şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.

O yol-nəqliyyat hadisələrinin təhlili zamanı qəzaların əsasən günün qaranlıq saatlarında, şənbə və bazar günləri baş verdiyini deyib:

“Qəzalar daha çox paytaxtın Parlament, Heydər Əliyev, Ziya Bünyadov, Tbilisi, Mətbuat və Nobel prospektlərində qeydə alınıb. Baş verən qəzalarda sürət həddinin aşılması 41 faiz, qarşı hərəkət zolağına çıxmaqla təhlükəli manevretmə 27 faiz, piyadaların vurulması 50,6 faiz təşkil edib”.

Polkovnik həmçinin sərxoş sürücülərlə bağlı statsitikanı da açıqlayıb. V.Əsədov qeyd edib ki, avtomobili sərxoş vəziyyətdə idarə edən və avtoxuliqanlıq hərəkətləri etməklə cəmiyyətə açıq hörmətsizlik nümayiş etdirən sürücülər müəyyən edilərək inzibati məsuliyyətə cəlb olunub:

“Avtomobili sərxoş idarə etdiyinə görə 16 359 sürücü, eləcə də avtoxuliqanlıq hərəkətləri törədən 686 şəxs barəsində qanunvericiliyə uyğun müvafiq tədbirlər görülüb”.

Gülşən RAUFQIZI

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi