ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta ABŞ Təhsilli Azərbaycanlı Tələbələr İctimai Birliyi (AAA) tərəfindən təşkil olunan Azərbaycan Biznes Keys Yarışmasının (ABCC) qalib komandaları ilə görüşüb, onları təbrik edib.
Modern.az saytı səfirliyə istinadən xəbər verir ki, 13-cü Azərbaycan Biznes Keys Yarışmasının final mərhələsi dekabrın 6-da ADA Universitetində baş tutub və “Günəşli” yatağında həlak olanların xatirəsini hörmətlə yad etmək üçün bir dəqiqəlik sükutla başlayıb.
Tədbirin açılışını AAA-in sədri Vəli Hüseynov edib.
50 komanda arasından yalnız 3-ü finalda iştirak etmə imkanı əldə etmişdi. Finalçılardan keyslərə həll yolları təqdim etmək tələb olunur və qiymətləndirilmə, komandaların kritik biznes düşüncə qabiliyyəti, maliyyə analizi, marketinq strategiyası, təqdimat bacarıqları, eləcə də sual-cavab mərhələsinə hazırlıqlarına əsaslanırdı. Qalib komandalar ümumilikdə 10 500 AZN mükafat əldə ediblər (1-ci yer 6000 AZN, 2-ci yer 3000 AZN və 3-cü yer 1500 AZN).
Qaliblər aşağıdakı komandalar olub :
1-ci yer – Azərbaycan Dövlət İqtisad Universiteti
2-ci yer – ADA Universiteti
3-cü yer – Qafqaz Universiteti
Modern.az