Modern.az

Rasim Əliyevi döyüb öldürənlərin cinayət işi məhkəməyə göndərildi

Rasim Əliyevi döyüb öldürənlərin cinayət işi məhkəməyə göndərildi

22 Dekabr 2015, 18:47


Bakı şəhər prokurorluğunun mərhum jurnalist Rasim Əliyevin ölümü ilə bağlı yeni məlumat yayıb.
Modern.az saytı xəbər verir ki, rəsmi məlumata görə, Bakı şəhər sakini Rasim Əliyevin avqustun 8-də Bayıl qəsəbəsi ərazisində bir qrup şəxs tərəfindən döyülərək vəfat etməsi faktına görə Bakı şəhər prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Dekabrın 22-də Kənan Mədətov, Camal Məmmədov və Samir Mustafayevin Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma, zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda), Elşən İsmayılov və Arif Əliyevin isə həmin Məcəllənin 126.3 və 177.1-ci (oğurluq) maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ittiham aktı təsdiqlənərək  baxılması üçün Bakı Ağır Cinayətlər məhkəməsinə göndərilib.

Cinayət işinin materiallarından Cavid Hüseynovun Cinayət Məcəlləsinin 307.1 (ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə təqsirləndirilməsinə dair ayrıca icraata cinayət işi ayrılmış və məhkəməyə göndərilmək mərhələsindədir.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi