Modern.az

Elnur Aslanov “nurçu” olması ittihamlarından DANIŞDI

Elnur Aslanov “nurçu” olması ittihamlarından DANIŞDI

23 Dekabr 2015, 10:14


Prezident Administrasiyasının Siyasi Təhlil və İnformasiya Təminatı şöbəsinin keçmiş müdiri Elnur Aslanov uzun müddətli sükutdan sonra haqqın.az saytına müsahibə verib.

Modern.az "Azadlıq" qəzetinə istinadən xəbər verir ki, o, müsahibəsində bir sıra maraqlı məqamlara toxunub. E. Aslanov bu vaxta qədər özünə ünvanlanan “nurçu” ittihamlarını “absurd” adlandırıb: “Əgər bu ittihamlarda həqiqət payı olsaydı, biz indi sizinlə burada oturub, danışmazdıq. Niyəittihamlara cavab vermirdim? Çox sadə səbəbdən: ilk növbədə hamıya birdən cavab vermək çətin idi. İkincisi, mənə qarşı irəli sürülən ittihamlar gülünc idi. Üçüncüsü, postumu tərk edərkən, heç kim məni rəsmi şəkildə ”gülənçilərlə” əlaqəyəgörə işdən çıxarıldığımı bəyan etmədi…”.

PA-nın keçmiş şöbə müdiri təriqətçilikdə ittiham edilməsinin səbəbini izah etməkdə çətinlik çəkdiyini qeyd edib. Onun sözlərinə görə, PA-nın şöbə müdirini korrupsiyada günahlandırmaq çətin məsələ olardı: “Prezident Administrasiyasının şöbə müdirini korrupsiyada ittiham etmək mümkün deyil. Çünki bu postda oturan şəxs maliyyə rıçaqlarına malik deyil və hansısa maliyyə axınına nəzarət etmək gücü yoxdur. Ona görə də qərara gəldilər ki, mənə belə bir sosial-mədəni yarlıq yapışdırsınlar”.

PA-nın keçmiş rəsmisi qeyd edib ki, o, heç vaxt Fərullah Gülənlə görüşməyib. “Fətullah Gülənin etibar etdiyi adamları ilə görüşünüz olubmu?” sualına E.Aslanovun cavabı belə olub: “Təbii, o zamankı Türkiyə hökümətinin tərkibinə daxil olan məmurlar və nazirlər Gülənin etibar etdiyi dairəyə daxil ola, onunla münasibətdə ola bilərdilər. Türkiyə hökumətinin və parlamentinin çoxlu üzvü sonradan Fətullah Gülənlə əməkdaşlıqda ittiham olundu. Onlar Gülənin etibarlı adamları ola bilərdilər. Mənə bu barədə mühakimə yürütmək çətindir. Amma bu nazir və deputatlarla görüşə gəlincə, bizim əməkdaşlıq və dialoqlarımız iki ölkənin hökümətləri arasında olan əməkdaşlıq çərçivəsində olub”.

“İşdən çıxarılmağınız barədə qərarı sizə kim bəyan etdi?” sualına isə E.Aslanov “Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev” cavabını verib.

E.Aslanov şöbə müdiri işləyərkən, Prezident Administrasiyasın ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənovla aralarında ciddi fikir ayrılığının olması barədə KIV-lərin yazdığı məlumatları da təkzib edib: “Əli Həsənovla aramızda normal vəişgüzar münasibətlər olub. Müəyyən məsələlər barədə müxtəlif yanaşma və diskussiyanın olması mümkündür”

Telegram
Hadisələri anında izləyin!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi