Milli Məclisin bu il üçün son iclasının vaxtı və gündəliyi bəlli olub.
Bu haqda Modern.az-a açıqlama verən parlamentin mətbuat xidmətinin rəhbəri Akif Təvəkküloğlu bildirib ki, dekabrın 29-da keçiriləcək iclasın gündəliyinə 28 məsələ daxil edilib.
“Bu iclasda Hesablama Palatasının sədr müavini və auditorları seçiləcək. Eyni zamanda bir çox qanunlara - “Diplomatik xidmət haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Dövlət rüsumu haqqında”, “Polis haqqında” qanunlara, Əmək Məcəlləsinə və s. dəyişikliklər olacaq. “Publik hüquqi şəxslər haqqında” qanun layihəsi II oxunuşa çıxarılacaq.
O cümlədən həmin gün Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibəti ilə Milli Məclisin Müraciəti təsdiq olunacaq”.
Aytən ZƏHRA