Modern.az

Bahar Muradova ictimaiyyətlə görüşdü - FOTOLAR

Bahar Muradova ictimaiyyətlə görüşdü - FOTOLAR

23 Dekabr 2015, 11:24

Füzuli rayonundan deputat, Milli Məclis sədrinin müavini Bahar Muradovanın 31 dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibəti ilə rayon ictimaiyyətilə görüşüb.
Modern.az xəbər verir ki, Horadiz şəhərindəki Muğam Mərkəzində keçirilən görüşdə rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatlar və ictimaiyyət  nümayəndələri iştirak ediblər.

Görüşü rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev açmış, rayon sakinləri adından Bahar Muradovanı yenidən Füzuli rayonundan deputat və Milli Məclis Sədrinin müavini seçilməsi münasibəti ilə təbrik edib.

Rayon sakinlərinin sosial problemlərinin həlli, məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən tədbirlərdən danışan Alı Alıyev rayonun işğaldan azad edilmiş ərazilərində aparılan geniş miqyaslı quruculuq və abadlıq işlərindən bəhs edib. Alı Alıyev qeyd edib ki, ölkə başçısının sərəncam və tapşırıqlarına uyğun olaraq ərazidə məskunlaşmış əhalinin elektrik enerjisi, su, qaz, yol və başqa məişət qayğıları ödənilib. Əhalinin su, elektrik, qaz təminatı Prezidentin Sərəncamları əsasında dövlət tərəfindən həyata keçirilir.

 Milli Məclis sədrinin müavini Bahar Muradova çıxış edərək 1 noyabr Milli Məclisə keçirilən seçkilər zamanı ona səs verən, yenidən deputat seçilməsində əməyi olan füzulililərə minnətdarlığını bildirib. Bahar Muradova dünyada və ölkədə gedən ictimai-siyasi prosseslərdən danışıb, ölkə başçısının rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətdən bəhs edib.

Görüşü yekunlaşdıran Alı Alıyev rayonda görülmüş işlərdən, 2016-cı ildə planlaşdırılan tədbirlərdən danışıb, aidiyyəti təşkilatlara tapşırıq və göstərişlərini verib.

Görüş rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam edib.










Whatsapp
Bizə yazın!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi