Modern.az

Bakıda liftin trosu qırıldı - 7 nəfər yaralandı - FOTOLAR

Bakıda liftin trosu qırıldı - 7 nəfər yaralandı - FOTOLAR

23 Dekabr 2015, 11:58

Bakıda səhər saatlarında bədbəxt hadisə baş verib.

“Qafqazinfo” xəbər verir ki, qəza Nərimanov rayonunda baş verib.

Qarabağ küçəsində yerləşən binaların birində liftin trosu qırlıb. Həmin an liftdə olan 3 azyaşlı olmaqla, 7 nəfər ağır yaralanıb.

Əməkdaşımızın əldə etdiyi məlumata görə, liftdə yaralananlar arasında ər-arvadda olub. Onlar üç gün əvvəl ailə qurublar. Yaralılar 1 saylı Şəhər Kliniki Xəstəxanasına (Semaşko) aparılıb.

Hadisə şahidlərinin sözlərinə görə, xoşbəxtlikdən liftin trosu yuxarı mərtəbədə qırılmayıb.

Lift birinci mərtəbədə dayanmayıb və “padval”a düşüb. Hadisə yerindən fotoları təqdim edirik:  





Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi