Modern.az

Rauf Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istədi

Rauf Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istədi

23 Dekabr 2015, 12:28

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna- Zerkalo” qəzetinin sabiq əməkdaşı Rauf Mirqədirovun məhkəmə prosesi davam etdirilib. Bu barədə Modern.az saytına  R.Mirqədirovun hüquqlarını müdafiə edən Fuad Ağayev məlumat verib.

O bildirib ki, hakim Əlisultan Osmanovun sədrliyi ilə keçirilən qapalı prosesdə müdafiə çıxışı edib və Mirqədirova bəraət verilməsini istəyib.

Prokuror hakimlər kollegiyasından R.Mirqədirova qarşı açılmış cinayət işinə Cinayət Məcəlləsinin 62-ci (cinayətə görə müəyyən edilmiş cəzadan daha yüngül cəza təyin edilməsi) maddəsinin tətbiq edilərək onun işinin yüngüləşdirilməsini istəyərkən, R.Mirqədirov son söz demək üçün məhkəmədən vaxt istəyib.

Məhkəmə prosesi dekabrın 25-dək təxirə salınıb.

Qeyd edək ki, ötən məhkəmə prosesində dövlət ittihamçısı R.Mirqədirovun 7 il müddətinə azadlıqdam məhrum edilməsini istəyib.

Xatırladaq ki, R.Mirqədirovla bağlı istintaq Milli Təhlükəsizlik Nazirliyi tərəfindən aparılıb.

R.Mirqədirov 2014-cü il aprelin 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. Jurnalistə qarşı Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə cinayət işi başlanıb. 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən R.Mirqədirovun həbs müddəti bir neçə dəfə uzadılıb.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi