Bakirəliyini 14 min dollara (1 milyon rubl) satmaq istəyən 20 yaşlı bakılı qız Rusiyada zorlanıb. Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, 29 yaşlı Kristina Bakıdan Perm diyarının Berezinki şəhərinə bir məqsədlə - bakirəliyini 14 min dollara (1 milyon rubla) satmağa gedibmiş.
O, Berezinkada “Gənclərin sosial təşəbbüsləri” təşkilatının 29 yaşlı üzvü Mixaillə internet yazışması zamanı bu barədə razılıq əldə edib. Şəhərə gəldikdən sonra Kristina intim xidmət göstərməzdən öncə həmin ödəniləcək məbləği istəyib. Müxtəlif bəhanələrlə vaxtı uzadan gənc sonradan bakılı qızı döyərək yaşadığı mənzildə girov saxlayıb. Kristinanı qandallayan cinayətkar onun intim fotolarını çəkib, hər gün fiziki şiddət göstərib və dəfələrlə zorlayıb. Lakin cinayətkarın evdə olmadığı vaxt Kristina girov saxlanıldığı 3-cü mərtəbədən özünü ataraq xilas olub. Hazırda o, Bereznik şəhərindəki xəstəxanada müalicə alır.
Rusiyanın Perm diyarı üzrə İstintaq Komitəsi həmən gün cinayətkarı yaxalayaraq ona qarşı “zorlama” və “qanunsuz azadlıqdan məhrumetmə” maddələri ilə cinayət işi açıb.
Hazırda xəstəxanada olan Kristina bakirəliyini maddi çətinliklə bağlı satmaq istədiyini deyib. 20 yaşlı qızın sözlərinə görə, atası bir neçə il əvvəl, anası isə yaxınlarda vəfat etdiyindən maddi problemləri artıb.
Hazırda istintaq davam etdiyi üçün Bakıya qayıda bilməyən bakılı qız Azərbaycanın Rusiyadakı diplomatik nümayəndəliklərinə ümidini bağlayır.
Vüqar İsmayılov