Modern.az

“Azərbaycanda neft hasilatı 10 milyon ton azalacaq”

“Azərbaycanda neft hasilatı 10 milyon ton azalacaq”

23 Dekabr 2015, 13:30


Rusiyanın iqtisadçı ekspertləri neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar dənizqazma qurğularının sayının azaldılması lazım olduğunu bildirirlər. Onların fikrincə, neftin qiymətinin aşağı düşməsi dəniz geoloji-kəşfiyyat işlərinə təsir etdiyindən, dənizqazma qurğularının sayını ən azı 100 ədəd azaltmaq lazımdır. Görəsən, dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi və nəticədə neft hasilatının azalması Azərbaycanda da dənizqazma qurğularının sayının azaldılması prosesini zəruru edirmi?

İqtisadçı ekspert Azər Mehdiyev Modern.az -a açıqlamasında Azərbaycanda illik neft hasilatının az olmasına görə belə bir addımın atılmasının düzgün olmayacağını deyib: 

“Azərbaycanda neft onsuz da az çıxarılır. Rusiya hər gün dünya bazarına 10 milyon bareldən çox neft çıxarır. Azərbaycanda isə bu rəqəm 700-750 min bareldir. Neft hasilatı ildən-ilə azalır. 2010-cu ildə Azərbaycan 50,8 milyon ton neft hasil etmişdisə, gələn il 10 milyon ton az olacaq. Ona görə bu bizim ölkə üçün yararlı və düzgün praktika deyil. Artıq bəllidir ki, ABŞ-ın öz neft ehtiyatlarını işə salması, neft ixracının azalması, həmin ölkədə də neftin istehsalının artımına mənfi təsir edib. Bu da neftin dünya bazarında qiymətinin düşməsinə və Dövlət Neft Şirkətinə mənfi təsir edib. Dövlət Neft Şirkəti xərclərini minimuma endirməlidir. Dünya bazarında neftin qiyməti baha satılan zamanlarda Dövlət Neft Şirkəti özünə aid olmayan bir çox sosial layihələrlə məşğul olurdu. İndiki durumda bu işlərin qarşısı alınmalıdır, fəaliyyətində şəffaflıq artırılmalıdır, xərclərə nəzarət gücləndirilməli və qurumun investisiya vəsaitlərinin təmin olunmasında səmərəli mexanizm ortaya qoyulmalıdır”.

Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
3 ölkə Rusiyaya qarşı birləşdi