Modern.az

“Nə bəyanat... Azərbaycanda Kommunist Partiyası var ki?!”

“Nə bəyanat... Azərbaycanda Kommunist Partiyası var ki?!”

Təhsil

23 Dekabr 2015, 14:17


Azərbaycanda manatın dollar və avro qarşısında 50 faizə qədər dəyərini itirməsi gündəmin aparıcı müzakirə mövzusudur. Azərbaycanda istehlak mallarının kəskin bahalaşması müşahidə edilir.

Adətən belə zamanlarda sosial-demokratlar və digər sol təmayüllü təşkilatlar cəmiyyəti arxasınca aparıb və çıxış yolu üçün təkliflər səsləndiriblər. Azərbaycanda isə situasiya fərqlidir.

Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri, deputat Araz Əlizadə mövzu ilə bağlı Modern.az saytına açıqlama verib.

O deyib ki, ASDP-nin bununla bağlı hər hansı bir aksiya keçirmək fikri yoxdur.

“Çünki aksiya ilə təbii iqtisadi prosesləri dəyişmək mümkün deyil. Təbii iqtisadi proseslərin qarşısını almaq olmur. ABŞ və Səudiyyə Ərəbistanı Rusiyanı çökdürmək istəyir. Bu da digər dövlətlərin iqtisadiyyatına təsir edir”.

Araz Əlizadə bildirib ki, manatın devalvasiyası məsələsini bir deputat parlamentdə qaldırmağı düşünmür.

“Bu məsələni qaldırıb nə edəcəyəm?! İqtisadiyyatın öz qanunları var”.

O, Azərbaycan Kommunist Partiyasının manatın ucuzlaşması, bahalaşma ilə bağlı yaydığı etiraz bəyanatını da tənqid edib:

“Azərbaycanda Kommunist Partiyası var ki, bəyanat da yaysın? İqtisadi problemlər bəyanatla həll edilmir. Rusiyada Kommunist Partiyası ikinci güclü partiyadır. O ölkədə kommunistlərin güclü təsiri var. Onlar Rusiya rublunun qiymətinin düşməsinin qarşısını ala bilirmi?! Yox. Bəs onların yedəyində gedən Azərbaycan kommunistləri nə bəyanat verirlər?!”.

Aqşin Kərimov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM