Modern.az

Bakının "İnter" klubunun prezidenti dəyişdi

Bakının "İnter" klubunun prezidenti dəyişdi

23 Dekabr 2015, 15:51



Bakının "İnter"inin rəhbərliyində dəyişiklik baş verib. Modern.az xəbər verir ki, klubun rəsmi saytında bildirilib ki, "İnter" Peşəkar İdman Klubunun Müşahidə Şurasının qərarı ilə Rəşad Qasımov klubun prezidenti vəzifəsinə təyin olunub.

Klubun rəhbərliyi əvvəlki prezident Georgi Nikolova "İnter" PİK-in inkişafında göstərdiyi xidmətlərə və əldə olunmuş nailiyyətlərə görə təşəkkürünü bildirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?