Dekabrın 23-də Moskva şəhərində səfərdə olan Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu ilə görüşüb.
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a məlumat verilib.
Görüş zamanı regional təhlükəsizliyin aktual məsələləri, həmçinin Rusiya və Azərbaycan arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və vəziyyəti barədə fikir mübadiləsi aparılıb.
Müdafiə nazirləri hərbi sahədə 2016-cı il üçün əməkdaşlıq
planını imzalayıblar.Modern.az