Modern.az

ANS 161 min manat cərimələndi, “Space”ə xəbərdarlıq edildi

ANS 161 min manat cərimələndi, “Space”ə xəbərdarlıq edildi

23 Dekabr 2015, 17:24


Dekabrın 23-də Milli Televiziya və Radio Şurasının növbəti iclası keçirilib. Şuradan Modern.az saytına verilən məlumata görə, iclasda “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” və “Reklam haqqında” qanunların tələblərinin pozulması ilə əlaqədar müxtəlif vaxtlarda “ANS Müstəqil Yayım və Media Şirkətinə” göndərilən ı inzibati protokollar üzrə inzibati Bundan əlavə, “ANS ÇM” radiosunun yayımı zamanı “Televiziya və radio yayımı haqqında” qanunun 35.4-cü maddəsinin və “Reklam haqqında” qanunun 20.4-cü maddəsinin tələblərinin pozulması ilə əlaqədar “ANS Müstəqil Yayım və Media Şirkəti”  Milli Televiziya və Radio Şurasının qərarlarına əsasən ümumilikdə 161 min manat məbləğində cərimə edilib.

Şuranın iclasında “Space” televiziyasında yayımlanan “Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişləri  müzakirə edilib, həmin verilişlərin Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə, efir mədəniyyətinə zidd olduğu xüsusi vurğulanıb. Bu cür verilişlərin  tamaşaçıların haqlı narazılığına səbəb olduğu da qeyd edilib.

“Sevimli şou” və “Məhəbbət əhvalatları” verilişlərində teleradio fəaliyyətinin əsas prinsiplərinin,  proqrama verilən tələblərin  pozulduğu nəzərə alınaraq “Space” televiziyasına xəbərdarlıq elan edilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM