Modern.az

“Azadlıq-2015” toplandı

“Azadlıq-2015” toplandı

23 Dekabr 2015, 18:16


Bu gün Liberal-Demokrat Partiyasının (ALDP) qərargahında “Azadlıq-2015” seçki bolokunun təsisçiləri olan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev, Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) sədri Mirmahmud Mirəlioğlu, Azadlıq Partiyasının sədri Əhməd Oruc, Böyük Azərbaycan Partiyasının (BAP) sədri Elşad Musayev və ALDP-nin sədri Fuad Əliyev arasında görüş keçirilib. 

Modern.az xəbər verir ki, görüşdə ölkədəki ictimai-siyasi vəziyyət, ikinci devolvasiyadan sonra yaranmış durum və iştirakçı partiyalar arasında münasibətlərin perspektivi müzakirə edilib. Öncə ALDP sədri F.Əliyev ABŞ səfirliyində keçirdiyi görüş haqqında məlumat verdikdən sonra ilk məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb. Qarşılıqlı münasibətlərin tənzimlənməsinə dair məsələnin müzakirəsinin yekununda qeyd olunan altı partiyanın iştirakı ilə “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzinin yaradılması qərara alınıb. 

Görüşün sonunda “Azadlıq” Siyasi Əməkdaşlıq Mərkəzi adından bəyanat qəbul edilib. Bəyanatda bildirilib ki, iqtisadiyyatın mütləq hissəsinin neft istehsalı və emalından ibarət olması, qeyri-neft sektorunun inkişafına yönəlik ciddi tədbirlərin görülməməsi nəticəsində ölkədə ümumi durum kifayət qədər gərginləşib.

“Təxminən son iki il ərzində Qərb-Rusiya qarşıdurması səbəbindən dünya bazarlarında neftin qiymətinin tədricən ucuzlaşaraq artıq psixoloji həddən də aşağı düşməsi birmənalı neftdən asılı olan Azərbaycan iqtisadiyyatını və bank-maliyyə sistemini çöküş həddinə gətirib”,-deyə bildirilib. Bəyanatda manatın bir il ərzində iki dəfə devalvasiyaya uğraması barədə söz açılıb.   

Bildirilib ki, iqtidar təcili tədbirlər görməlidir.  

Modern.az            

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM