Gürcüstan-Ermənistan sərhədini qanunsuz keçməkdə təqsirli bilinən soydaşımız azadlığa buraxılıb. Modern.az saytı xəbər verir ki, bu barədə məlumaı Ermənistanın “news.am”a saytı yayıb.
Məlumata görə, Gürcüstan vətəndaşı Turqay Mikayılovu dekabrın 23-də Lori rayon Məhkəməsi onu təqsirli hesab edərək, barəsində 5 ay azadlıqdan məhrum etmə hökmü çıxarılıb.
T. Mikayılov iyulun 23-dən həbs olunduğu və 5 ay həbsdə qaldığı üçün məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Turqay Mikayılov bu il iyulun 23-də Gürcüstandan Ermənistanın Lori vilayətinin Dzyunaşox kəndinə piyada keçib. O, həmin vaxt içkili vəziyyətdə olduğunu bildirib. 34 yaşlı azərbaycanlıya Cinayət Məcəlləsinin sərhədləri qanunsuz keçmə maddəsi ilə cinayət işi açılıb.
Modern.az