Modern.az

ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmirəm - Fazil Mustafa

  ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmirəm -  Fazil  Mustafa

23 Dekabr 2015, 21:27


Azərbaycan Respublikası Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayevin Milli Məclisə təqdim etdiyi "ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında" qanun layihəsi ilə bağlı məlumat yayıldıqdan sonra müxtəlif mövqelər ifadə olunub. Modern.az saytı xəbər verir ki, hazırda sosial şəbəkələrdə ən çox münasibət bildirilən layihə haqqında millət vəıkili Fazil Mustafa da öz fikirlərini bildirib: “Bu bir təşəbbüsdür və ciddi müzakirəsinə ehtiyac var. ABŞ-la savaş Azərbaycana nə vəd edir və perspektiv olaraq biz tamamilə Rusiyanın istədiyi kursa yönəlirik, yoxsa müstəqil kursu davam etdiririk, bu sualları ilk öncə cavablandırmaq lazımdır. ABŞ-a qarşı bu formada addımları faydalı hesab etmirəm. Hər halda bu formada dirənişin ölkəmiz üçün faydalı olacağını düşünmürəm. Daha fərqli, orta məxrəcə gətirən yolların tapılmasının vacibliyini düşünürəm”.

Modern.az  
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM