Modern.az

İlham Əliyev 5 ölkədəki səfiri geri çağırdı, 2 diplomata yeni vəzifə verdi

İlham Əliyev 5 ölkədəki səfiri geri çağırdı, 2 diplomata yeni vəzifə verdi

23 Dekabr 2015, 21:47


Prezident İlham Əliyev Tural Anar oğlu Rzayevin Azərbaycan Respublikasının Küveyt Dövlətində fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.  

Dövlət başçısının digər sərəncamı ilə Daşqın Məzi oğlu Şikarov Azərbaycan Respublikasının Pakistan İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.  

Prezident İlham Əliyev, həmçinin Emil Zülfüqar oğlu Kərimovun Azərbaycan Respublikasının Bolqarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılması haqqında sərəncam imzalayıb.  

İlham Əliyevin digər sərəncamı ilə Vaqif İsmayıl oğlu Sadıqov Azərbaycanın İtaliya Respublikasında, eyni zamanda San Marino Respublikasında, Malta Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı, Ümumdünya Ərzaq Proqramı, Kənd Təsərrüfatının İnkişafı üzrə Beynəlxalq Fondu yanında daimi nümayəndəsi vəzifələrindən geri çağırılıb.  

Dövlət başçısı, həmçinin Şahin Şakir oğlu Abdullayevin Azərbaycan Respublikasının Misir Ərəb Respublikasında, eyni zamanda Sudan Respublikasında fövqəladə və səlahiyyətli səfiri, Azərbaycan Respublikasının Ərəb Dövlətləri Liqası yanında daimi müşahidəçisi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.  

Prezident İlham Əliyev Həsən Sultan oğlu Zeynalovun Azərbaycan Respublikasının Türkmənistanda fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.  

Dövlət başçısının digər sərəncamı ilə Rəşad Eynəddin oğlu Məmmədov Azərbaycan Respublikasının Qazaxıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilib.   

Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM