Türkiyədə azyaşlı uşaqlara işgəncə verən ögey ana cəzalandırılıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki azyaşlı uşağa əziyyət vermə, yaralama, cinsi təcavüzdə ittiham olunan qadına hökm oxunub. İnsanın qanını donduran şiddət isə uşaqların atasının evə yerləşdirdiyi gizli cameralar vasitəsi ilə qeydə alınıb.
Ağır Cəza Məhkəməsində əməli sübüta yetirilən ögey ana Songül adlı qadına məhkəmə 46 il həbs cəzası verib.
Modern.az