Paytaxtda dələduzluq edən dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, Bakı şəhər sakini Rüzigar Əliyev Nərimanov RPİ 16-cı PB-yə ərizə ilə müraciət edərək martın 12-də qızı Gülərin ona xəbər vermədən evdə olan 3500 manat və 19000 ABŞ dolları, habelə bir cüt qızıl sırğanı tanışı, Bakı şəhər sakini Səbuhi Əliyevə verməsini bildirib.
Aparılan araşdırmalarla Bakı şəhər sakini Səbuhi Əliyevin həmyerliləri Samir İsayev, Nicat İsmayılov, Emin və Turqut adlı şəxslərlə birgə Güləri aldadıb qeyd edilən pulu və qızıl əşyanı alması müəyyən edilib.
Faktla əlaqədar cinayət işi başlanılıb.
Həmçinin, N.İsmayılovun əldə olunan puldan 9600 ABŞ dollarını gizlətdiyi üçün cari il mart ayının 18-də qrupun digər üzvləri tərəfindən oğurlanaraq əl-qolunu bağlanılaraq Binəqədi rayonu ərazisindəki otellərdən birində saxlanılması, lakin onun bir gün sonra oradan qaçması da müəyyən edilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri ilə S.Əliyev, S.İsayev və N.İsmayılov tutulub.
Hüquq-mühafizə orqanlarından araşdırması zamanı məlum olub ki, N.İsmayılovun saxlanıldığı otel paytaxtdakı "Baku Grand Hotel" olub.
Hazırda cinayətdə adları hallanan və istintaqdan yayınmağa müfəffəq olan Emin və Turqutun yaxalanması üçün müvafiq əməliyyat tədbirləri davam etdirilir.
Modern.az