Modern.az

“BakuBus” şirkətinin avtobusu qəza törətdi

 “BakuBus” şirkətinin avtobusu qəza törətdi

24 Dekabr 2015, 00:28


Axşam saatlarında Səbail rayonunda sərnişin avtobuslarının iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib. Modern.az saytı hadisə şahidlərinə istinadən xəbər verir ki, hadisə 20-ci sahə yaşayış massivində qeydə alınıb.

Belə ki, “BakuBus” şirkətinə məxsus 5 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusu dayanacağa daxil olarkən orda dayanan avtobusla toqquşub.

Qəza nəticəsində “BakuBus” şirkətinin daha iki avtobusu, eləcə də “Bakı Sərnişin Nəqliyyatı və Yükdaşımalarının Təşkili” MMC-yə məxsus 88 saylı xətt üzrə hərəkət edən başqa bir avtobusa ziyan dəyib.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM