Modern.az

Səudiyyə Ərəbistanında xəstəxanada dəhşətli yanğın: Ən azı 30 nəfər ölüb

Səudiyyə Ərəbistanında xəstəxanada dəhşətli yanğın: Ən azı 30 nəfər ölüb

24 Dekabr 2015, 09:36

Səudiyyə Ərəbistanın Cizan şəhər xəstəxanasında baş verən yanğın nəticəsində müxtəlif məlumatlara görə, 25 nəfərdən 30 nəfərə qədər adam ölüb.

Modern.az bildirir ki, “Okaz” qəzetinin öz mənbələrinə istinadən verdiyi məlumata görə, ölənlərin sayı 31-dir.

Bir sıra internet istifadəçiləri isə bu rəqəmin 35 nəfərin öldüyünü, 100-dən çox yaralının olduğunu bildirirlər.   

Ancaq bu məlumatları rəsmi mənbələr təsdiqləməyərək, yanğın nəticəsində 12 yeni doğulan körpənin  həlak olduğunu iddia ediblər.

Səudiyyə Ərəbistanının mülki müdafiə işləri üzrə baş direktorluğunun məlumatında yanğın zamanı 25 nəfərin öldüyü, 107 yaralının isə hospitallara yerləşdirildiyi bildirilib.

   

Modern.az


Whatsapp
Bizə yazın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM