Modern.az

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası keçirilir

İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası keçirilir

24 Dekabr 2015, 11:03

Bu gün Milli Məclisdə Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun növbəti iclası keçirilir. Hüquq müdafiəçisi Səadət Bənanyarlının Modern.az saytına verdiyi məlumata görə, iclasda bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub. Daha ətraflı məlumat iclasdan sonra veriləcək.

Milli Məclisin beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun rəhbərliyilə keçirlən iclasda İşçi Qrupunun üzvləri olan hakimiyyət nümayəndələri və vətəndaş cəmiyyətinin təmsilçiləri iştirak edir.

Müzakirələrdən sonra adları əfv siyahısına düşəcək şəxslərlə bağlı hazırlanacaq siyahının İşçi Qrup adından təqdim ediləcəyi gözlənilir.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM