Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Rövşən Rzayev ABŞ konqresmeni Kris Smitin anti-Azərbaycan qətnaməsi layihəsinə qarşı qanunverici təşəbbüslə çıxış edib.
Qanun layihəsi “ABŞ-da insan hüquqlarının vəziyyəti haqqında” adlanır. Layihədə ABŞ-a qarşı sanksiyalar paketinin hazırlanması nəzərdə tutulub.Məsələ ilə bağlı Modern.az ABŞ-ın Azərbaycandakı səfirliyindən açıqlama alıb. Səfirlikdən bildirilib ki, onlar bu qanun layihəsini görməyiblər.
“Lakin biz həmişə Azərbaycanla insan hüquqları məsələləri üzrə müzakirələrin aparılması imkanlarını alqışlamışıq.
Heç bir ölkə mükəmməl deyil. İnsan haqları demokratik prinsiplərin qorunmasının təmin olunmasının təkmilləşdirmə sahələri ilə bağlı davamlı dialoq və təhlilin aparılmasını tələb edir. Biz hər iki ölkənin faydası naminə bu məsələlərlə bağlı səmimi dialoqa açığıq.”
Aqşin KƏRİMOV