İnsan Hüquqları üzrə İşçi Qrupu prezidentdən 22 nəfərin əfvini xahiş edəcək
Azərbaycan İnsan Hüquqları üzrə Birgə İşçi Qrupunun iclası başa çatıb. Modern.az saytı xəbər verir ki, iclasda hazırda həbsdə olan şəxslərdən ibarət 22 nəfərlik siyahı hazırlanıb.
Həmin siyahı prezidentə təqdim olunacaq və ondan həbsdə olan həmin şəxslərin çəkilməmiş cəzalarının əfv edilməsi xahiş olunacaq.
Siyahıda hazırda həbsdə olan Hüquq Maarifçiliyi Cəmiyyətinin rəhbəri İntiqam Əliyev, jurnalist Pərviz Həşimli, “REAL” hərəkatının rəhbəri İlqar Məmmədov, “Seçki” Monitorinq Mərkəzinin rəhbəri Anar Məmmədovun və başqalarının adları var.
Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyası işini yekunlaşdırıb. Komissiyaya daxil olan müraciətlərlə bağlı yekun siyahı prezidentə təqdim olunub.
Aytən Zəhra