Modern.az

"Azərbaycan 2016-cı ildə yeni inkişaf mərhələsinə keçəcək"

"Azərbaycan 2016-cı ildə yeni inkişaf mərhələsinə keçəcək"

24 Dekabr 2015, 13:12


“Azərbaycanda son illərdə müşahidə olunan əzəmətli naliyyətlər bu mövzu ətrafında sıx birləşib. 2015 ci il Azərbaycan üçün əhəmiyyətli nolan tədbirlər, hadisələr baş verib".

Modern.az xəbər verir ki, bunu Yeni Azərbaycan Partiyasının (YAP) icra katibi, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən "Yeni Hədəflər Naminə" adlı konfransda çıxışı zamanı deyib.  

O bildirib ki, ölkədə keçirilən parlament YAP uğurlu və parlaq qələbə qazanıb:  

"Bunun səbəbi möhtərəm prezidet İlham Əliyevin uğurlu siyasətinin dəstəklənməsi və cəmiyyətdəki reytinqididir. Fürsətdən istifadə edərək, seçkilərdə qələbə qazanan deputatları təbrik edirəm. Gələcək fəaliyyətlərində uğurlar arzu edirəm".  

Əli Əhmədovun sözlərinə görə, 2015-ci ildə keçirilən Birinci Avropa İdman Oyunları Azərbaycanın Avropa miqyasnda imkanlarını bir daha göstərib:  

"Düşünürəm ki, bir çox məsələlərdə olduğu kimi, 2016-cı ildə Azərbaycan yeni inkişaf mərhələsinə keçəcək. Eyni zamanda gələn il Azərbaycanın yeni modelinin təqdim ediləcəyi il kimi səciyyələndirilə bilər.  

Müasir dövlət kimi, dünya siyasi və qitisadi arenasına öz yerinib daha da möhkəmləndirəcək". "Azərbaycan iqdisadiyyatının sürətli inkişafı, bu gün bizim günümüzün əsas müzakirə mövzusuna çevrilib. Bizim qarşımızda böyük hədəflər dayanır. Bu hədəflər Azərbaycanın iqtisadi inkişafının daha da möhkəmlənməsi, dünya haqq səssimizi çatdırmaqdır.  

Bu gün bizim konfransimiz əlamətdar günə təsədüf edir. Bu gün möhtərəm prezidetimiz, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin doğum güünüdür. Partiya üzvləri adından ona cansağlığı arzu edirik", - deyə icraçı katib əlavə edib.  

Aytən ZƏHRA

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM