Modern.az

Nazir ağacəkmə aksiyasında - FOTOLAR

Nazir ağacəkmə aksiyasında - FOTOLAR

Təhsil

24 Dekabr 2015, 14:15

Dekabrın 24-də Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən  Zığ-Heydər Əliyev Beynəlxalq Hava Limanı magistral avtomobil yolunun kənarında salınmış yaşıllıq sahələrinin davamı olaraq, 15-ci kilometrlikdə çirklənmədən və bataqlıqdan təmizlənmiş yeni ərazilərdə ağacəkmə aksiyası keçirilib. 

Modern.az xəbər verir ki, aksiyada Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları ilə birgə Qeyri-Hökumət Təşkilatları, ictimaiyyət və Kütləvi İnformasiya Vasitələrinin ümumilikdə 1000-nə yaxın  nümayəndəsi iştirak edib. 5 hektar ərazidə yeni yaşıllıq sahəsi salınıb, təzə əkilən ağaclar suvarılıb,  Nazirliyin daxili imkanları hesabına yeni salınmış 25 hektar ərazidəki yaşıllıqlara isə aqrotexniki qulluq göstərilib. Aksiyanın keçirilməsində məqsəd yaşıllıqların salınması, onlara qulluq göstərilməsinin ictimailəşdirilərək təşviq edilməsi və insanların ətraf mühitin mühafizəsinə diqqətinin artırılmasıdır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, son 10 ildə 103 min hektar sahədə meşəbərpa işləri aparılıb və yeni meşələr salınıb, 80 milyon ədəd ağac yetişdirilib. Paytaxtda və Azərbaycanın bütün bölgələrində meşə fonduna daxil olmayan torpaqlarda 21 milyondan artıq ağac əkilib, yaşıllıq zolaqları salınıb. O cümlədən ölkə başçısının tapşırığı əsasında 5 ildə təkcə magistral avtomobil yollarının ətrafında, Bakı və Bakı ətrafındakı arid sahələr və aşağı keyfiyyətli torpaqlarla əhatə olunmuş ərazilərdə, həmin torpaqların təmizlənərək yararlı vəziyyətə gətirilməsindən sonra müasir metodlara əsaslanan irimiqyaslı yaşıllaşdırma layihələri həyata keçirilib, 4 min hektara yaxın ərazidə 4 milyon 711 min ədəd ağac əkilib. Onların suvarılması üçün 10,8 min kilometr uzunluğunda müasir damcılı suvarma sistemi yaradılıb. Respublika Prezidenti cənab İlham Əliyevin xüsusi göstərişi əsasında yaşıllıqların salınmasında həm ekoloji, həm də iqtisadi faydası olan zeytun ağaclarından istifadə olunub və son 5 ildə 2700 hektar ərazidə 1 milyon 240 min ədəd zeytun ağacı əkilib. Bunun hesabına da indi zeytun sahələri tarixən Azərbaycanda mövcud olmuş zeytunla örtülü ərazilərlə müqayisədə 3 dəfədən çox artıb. 









Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü