Modern.az

İnternat məktəbində yeni il şənliyi keçirildi – FOTOLAR

İnternat məktəbində yeni il şənliyi keçirildi – FOTOLAR

24 Dekabr 2015, 14:56


Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə sağlamlıq imkanları məhdud, valideyn himayəsindən məhrum olan uşaqlar üçün 4 saylı Respublika Xüsusi İnternat Məktəbində Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü  və Yeni il münasibətilə bayram şənliyi keçirilib.

Modern.az-ın verdiyi xəbərə görə, məktəbin direktoru Vəfa Seyidova bayramlarda, xüsusi günlərdə uşaqları yaddan çıxarmadığı üçün nazirliyin rəhbərliyinə təşəkkürünü bildirib.

Sonra şənlikdə internat məktəbi şagirdlərinin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunub.

Şagirdlərin hazırladıqları “Turp” səhnəciyi maraqla qarşılanıb. Şagirdlərə hədiyyələr təqdim olunub.

Media nümayəndələri internat məktəbində şagirdlər üçün yaradılan tədris və məişət şəraiti ilə tanış olublar.

Məlum olub ki, internat məktəbi 2015-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunduqdan sonra noyabr ayında istifadəyə verilib.

İnternat məktəbdə 198 nəfər sağlamlıq imkanları məhdud uşaq təhsil alır. Şagirdlərin təlim tərbiyəsi ilə 103 nəfər pedaqoji heyət məşğul olur.


Ağa  Akifoğlu  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM