“Bu, bizə çox ağır zərbə oldu. Çünki kitabların əksəriyyətini xaricidən - Rusiyadan, Türkiyədən gətirirdik. Azərbaycanda çap olunan kitabların isə kağızını xaricdən idxal edirik”.
Bunu Modern.az saytına “Əli və Nino” kitab mağazaları şəbəkəsinin sahibi Nigar Köçərli deyib. Onun sözlərinə görə, manatın dəyərdən düşməsi rəhbərlik etdiyi şəbəkənin işinə zərbə vuracaq:
“Azərbaycanda heç nə hasil olunmur, hazırlanmır. “Əli və Nino” bütün alış-verişini dollar və ya avro ilə aparırdı. Ona görə də bu, bizə ağır zərbə vuracaq. Kağızı və kitabı xaricdən almağımız bizim işimizə mənfi təsirini göstərəcək”.
Nigar Köçərli manatın devalvasiyasından sonra kitabların qiymətinin qalxıb-qalxmayacağına da toxunub“Oxucularımızı çox narahat edən məsələlərdən biri də bundan sonra kitabın qiymətinin qalxıb-qalxmayacağıdır.
Demək istəyirik ki, biz hələ kitabların qiymətlərini qaldırmamışıq və belə fikrimiz də yoxdur. Qiymət artımı gələn ilin hansısa bir ayında baş verə bilər”.
Elmin NURİ