Modern.az

İŞİD İraq gözəlini qaçırmaqla hədələdi

İŞİD İraq gözəlini qaçırmaqla hədələdi

24 Dekabr 2015, 16:57

 

İraqda 1972-ci ildən bu yana ilk dəfə keçən həftə sonu təşkil edilən gözəlik yarışının qalibi olan Şeyma ilə telefonla əlaqə quran İraq-Şan İslam Dövləti (İŞİD) terror təşkilatı onu təhdid edib.

Modern.az xarici mediaya istinadən bildirir ki, İraqın 43 il sonrakı ilk gözəllik kraliçası Şeyma Kasım Abdülrahmanı ilə əlaqə yaradan İŞİD-çilər təşkilata qatılmağı qəbul etməzsə, qaçırılacağı ilə hədələyiblər.  

Yarışmanın təşkilatçıları da Şeymanın gərgin olduğunu, amma hər cür maneəyə baxmayaraq yoluna davam edəcəyini söyləyiblər.  

Yarışmaya İraqın şimalındakı Kərkükdən qatılan 20 yaşındakı Şeyma qalib gəlməsinin ardından NBC News kanalına bu açıqlamanı verib:

“İraq qadınının cəmiyyətdə var olduğunu sübut etmək istəyirəm. Heç bir şeydən qorxmuram, çünki etdiyim şeyin səhv olmadığına əminəm”.

 

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM