Modern.az

SOCAR itkin neftçilərin ailələrinə kompensasiya verməyə başladı

SOCAR itkin neftçilərin ailələrinə kompensasiya verməyə başladı

24 Dekabr 2015, 18:39


Dekabrın 4-də təbii fəlakət nəticəsində “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza zamanı həlak olan və itkin düşən neftçilərin hər birinin ailəsinə dövlət tərəfindən 15000 (on beş min) manat birdəfəlik maddi yardımln ödənilməsinı başlanılıb.

Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin bununla bağlı müvafiq sərəncamı olub.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmərindən Modern.az-a bildirilib ki, dekabrın 24-dən etibarən bu yardımların, eyni zamanda həmin gün Neft Daşlarındakı 501 saylı özüldə baş vermiş qəzada itkin düşən üç nəfər neftçinin ailəsinə SOCAR tərəfindən ayrılmış eyni məbləğdə birdəfəlik yardımların verilməsi prosesinə başlanılıb.

Maliyyə vəsaiti müvafiq idarələrin hesabına köçürülüb, həlak olan və itkin düşən şəxslərin ailə üzvləri ilə keçirilmiş görüşlər əsasında yardımın kimin adına sənədləşdirilməsi məsələsi aydınlaşdırılıb və müvafiq prosedurlar həyata keçirilib. Müəyyənləşdirilmiş şəxslərin adına bank hesabları açılması və yardımların həmin hesablara köçürülməsi prosedurları 5 gün ərzində başa çatdırılacaq.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Azərbaycana raket hücumu - Rusiyadan ŞOK ADDIM