Modern.az

Tağı Əhmədovun işləyəcəyi binanın açılışı olub

 Tağı Əhmədovun işləyəcəyi binanın açılışı olub

Təhsil

24 Dekabr 2015, 23:28

Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının yeni inzibati binasının açılış mərasimi olub. Modern.az saytı xəbər verir ki, açılış mərasimində Yeni Azərbaycan Partiyasının rəhbərliyi ilə yanaşı, Milli Məclisin deputatları, Yasamal Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak edib.

Baş nazirin müavini, Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov bildirib ki, YAP Yasamal rayon təşkilatının yeni inzibati binasının prezident İlham Əliyevin doğum günündə istifadəyə verilməsi rəmzi xarakter daşıyır. YAP Yasamal rayon təşkilatının daha səmərəli fəaliyyəti üçün binada hər cür şərait yaradılıb.  

Tədbirdə məlumat verilib ki, binanın birinci mərtəbəsində Heydər Əliyev guşəsi yerləşir. Binada təlimatçı, gənclər, arxiv otaqları, texniki və digər otaqlar, böyük və kiçik konfrans zalları fəaliyyət göstərir. Otaqlar və zallar zəruri avadanlıqla təchiz olunub.

Qeyd edək ki, YAP-ın Yasamal təşkilatının sədri Bakı metropoliteninin keçmiş rəisi Tağı Əhmədovdur.  

Modern.az


 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü