Modern.az

"Bu, açıq bir rüsvayçılıqdır"- Əhməd Davudoğlu

 "Bu, açıq bir rüsvayçılıqdır"- Əhməd Davudoğlu

Təhsil

24 Dekabr 2015, 23:48


“HDP sədrinin Rusiyada, “Türkiyənin Rusiya təyyarəsini vurması səhvdir” deməsi tam bir rüsvayçılıq və xəyanətdir". Modern.az saytı xəbər verir ki, bunu Türkiyənin baş nazir Əhməd Davudoğlu  HDP sədrinin Moskvaya səfəri və səfər zamanı verdiyi bəyanatlara münasibət bildirərkən deyib.

Davudoğlu Səlahəddin Dəmirtaşın hərəkətlərinin millətə xəyanət olduğunu bildirib:   "Rus təyyarələrinin günahsız türkmənləri, ərəbləri, kürdləri Azezdə, Hələbdə, İdlibdə, Bayırbucaqda bombaladığı vaxtda qaça-qaça Rusiyaya gedib dəstək ifadə etmək, millətə xəyanət etməkdir. Bu, açıq bir rüsvayçılıqdır”.  

Qeyd edək ki, HDP sədri Rusiyaya səfər edərək, bu ölkənin xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüş zamanı Dəmirtaş Türkiyəni Su-24 təyyarəsinə görə ittiham edib.

Modern.az

   
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü