Azərbaycan Respublikasının Nazirlər Kabineti ölkədə 2016-cı il üçün qeyd ediləcək bayram günlərinin vaxtını açıqlayıb. Modern.az saytı xəbər verir ki, gələn il 20, 21, 22, 23, 24 mart tarixlərində ölkəmizdə Novruz bayramı qeyd ediləcək. Gələn il 6, 7 iyul Ramazan bayramı, 12, 13 sentyabr Qurban bayramıdır.
Qanunvericiliyə uyğun olaraq, həmin günlər iş günü hesab edilmir.
Modern.az