Modern.az

Azərbaycanda vəzifəli şəxs korrupsiyaya görə tutulub

Azərbaycanda vəzifəli şəxs korrupsiyaya görə tutulub

Təhsil

25 Dekabr 2015, 10:20


Azərbaycanda daha bir vəzifəli şəxs korrupsiya faktına görə tutulub.

Modern.az Apa-ya istinadən xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları ötən gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) Füzuli rayon şöbəsində əməliyyat keçirib. Əməliyyat zamanı şöbənin rəis müavini Yasər İbrahimov saxlanılıb. SHXÇDX-nın Füzuli rayon şöbəsi Y. İbrahimovun tutulması faktını təsdiqləyiblər.

Hazırda əməliyyat tədbirləri davam etdirilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü