“2015-ci ildə gənclərlə iş sahəsində 91 tədbir keçirilib. Onlardan 76-sı yerli, 15-si isə beynəlxalq səviyyədə olub”. Modern.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov 2015-ci ilin yekunlarına dair hesabatda deyib. O, bildirib ki, 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycana qəbul olunub.
Nazir onu da qeyd edib ki, 26 yanvar 2015-ci il tarixində Azərbaycan Respublikası prezidenti tərəfindən 2015-2025-ci illərdə Azərbaycan gənclərinin inkişafı strategiyası imzalanıb.
“ 2015-ci il tarixində elm təhsil, mədəniyyət, ədəbiyyat sahələrində fərqlənmiş 6 nəfər gəncə “Gənclər üçün prezident mükafatı təqdim edilib. Həmçinin 17 nəfər istedadlı, yaradıcı gəncin , gənclərin Qeyri-Hökumət Təşkilatı və 4 tələvə gənc təşkilatı Gənclər İdman Nazirliyinin mükafatına layiq görülüblər”.
Azad Rəhimov onu da bildirib ki, hazırda ölkədə istifadəyə verilmiş 33 “Gənclər Evi” fəaliyyət göstərir.
“Bu il Binəqədi və Tovuz rayonlarında eyni təyinatlı tikinti işləri başa çatdırılıb. 2016-ci ilin birinci rübündə onların istifadəyə verilməsi nəzərdə tutulub. Gələn il Gəncə və Şirvan şəhərlərində “Gənclər Evinin” tikintisi başa çatdırılacaq. Şəki şəhəri, Bərdə, Quba və Şamaxı rayonlarında isə tikinti işləri davam etdiriləcək”.
Aytən ZƏHRA