Modern.az

Nazir gənclər üçün ev tikilməsinin əleyhinədir

Nazir gənclər üçün ev tikilməsinin əleyhinədir

Təhsil

25 Dekabr 2015, 12:44

“Gənclər üçün ev tikilməsi bu cür bazar iqtisadiyyatında mümkün deyil”. Modern.az xəbər verir ki, bunu Azad Rəhimov 2015-ci ilin yekunlarına dair hesabatında deyib. O, bildirib ki, dövlət büdcəsindən ev tikmək və gənclərə paylamaq düz deyil: “Hazırda bu məsələ gündəmdə deyil”.

Nazir onu da bildirib ki, bu il ərzində 199 nəfər xarici ölkələrə ezam olunub, 771 nəfər isə Azərbaycanda qəbul edilib.

Azad Rəhimov bildirib ki, 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək XXXI Yay Olimpiya Oyunlarına bu günədək idmançılarımız 7 idman növü üzrə 29 lisenziya qazanıblar. Nazir qeyd edib ki, bunlar boks (3), atletika (3) avarçəkmə (5), güləş (11), gimnastika (2), ağır atletika (4), taekvando (1) idman növləridir.

Birinci Avropa Oyunlarına toxunan nazir qeyd edib ki, bu yarışma üçün 650 minə yaxın bilet satılmışdı.

Aytən ZƏHRA

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü