Modern.az

Bu il Azərbaycanda 52 dini icma qeydiyyata alınıb

Bu il Azərbaycanda 52 dini icma qeydiyyata alınıb

Təhsil

25 Dekabr 2015, 13:09



Dekabrın 25-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) maliyyə yardımı ayrılan 10, yeni qeydiyyatdan keçən 5 dini icma sədrinin iştirakı ilə iclas keçirilib. Komitənin mətbuat xidmətindən Modern.az saytına verilən məlumata görə, iclasda yeni qeydiyyatdan keçən dini icmalara  şəhadətnamələr təqdim edilib.

2015-ci il ərzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən prezident İlham Əliyevin 2014-cü il noyabrın 27-də imzaladığı sərəncama uyğun olaraq 87 dini icmaya maliyyə yardımı ayrılıb. Bunlardan 19-u qeyri-islam, 68-i isə İslam dini icmasıdır. Ayrılan vəsait hesabına dini maarifləndirmə və milli-mənəvi dəyərlərimizin təbliği istiqamətində icmalar tərəfindən yerlərdə tədbirlər keçirilir.

Bundan başqa, il ərzində komitədə 52 dini icma qeydiyyata alınıb. Bunlardan 49-u İslam, 3-ü isə qeyri-islam dini icmasıdır.

Gülşən RAUFQIZI

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü