Modern.az

“Azərbaycan gənci torpaqları düşmən tapdağı altında qoymayacaq”

“Azərbaycan gənci torpaqları düşmən tapdağı altında qoymayacaq”

Təhsil

25 Dekabr 2015, 13:40


Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli rəhbərlik etdiyi təşkilatın 2015-ci il ərzində gənclərin hərbi sahədə maarifləndirilməsi, hərbi xidmətə hazırlığı, əsgərlərin mənəvi-psixoloji hazırılığının artırılması, vətənpərvərlik ruhunun yüksəldilməsi və digər işlərlə bağlı həyata keçirdikləri layihələr barəsində hesabat xarakterli fikirlərini bildirib.

Birlik sədri qeyd edib ki, 2015-ci il Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi üçün olduqca uğurlu keçib:

“Həmişə olduğu kimi, bu il də biz cəbhə bölgəsinə mütəmadi səfərlər təşkil edib oradakı hərbi hissələrdə əsgərlərlə görüşlər keçirmişik. Belə səfərlərdə bizimlə bərabər millət vəkilləri, kütləvi informsiya vasitələri və qeyri-hökumət təşkilatlarırnın rəhbərləri də yaxından iştirak edib. Bizim əsas məqsədimiz hərbi hissələrdə ictimai nəzarəti həyata keçirmək, əsgərlərin mənəvi-psixoloji hazırlığını artırmaq və gəncləri hərbi sahədə malumatlandıraraq onları xidmətə hazırlamaqdan ibarətdir.  Bu məqsədlə biz Müdafiə Nazirliyi və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə sıx əməkdaşlıq edirik. 13 fevral 2012-ci ildə Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı, cənab İlham Əliyevin sərəncamı ilə yaradılan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti qısa zaman kəsiyində xeyli dərəcədə əhəmiyyətli işlər görmüşdür. SHXÇDX-nin rəisi, general-leytenant Arzu Rəhimov bölgələrdə vətəndaşları qəbul edərək şikayətləri, problemləri operativ şəkildə həll edir. SHXÇDX artıq bir sıra sahələr üzrə vətəndaşlara elektron xidmət göstərilməsini tətbiq edir. Səfərbərlik işinin təşkili, çağırışçıların hərbi hissələrə yola salınma, hərbi xidmətdən tərxis olunanların qarşılanma  mərasimlərinin yüksək səviyyədə  təşkil edilməsi gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə müsbət təsir edir. SHXÇDX tərəfindən Azərbaycanın müxtəlif regionlarında – Xaçmaz, Salyan, Masallı, Bərdə, Tovuz və Ağsuda “Vətənin müdafiəsinə hazıram” adlı tədbirlər,  “Vətənin müdafiəsinə hazıram!” mövzusunda rəsm müsabiqəsi və sonda sərgi keçirilib. Bu, tədbirlərdə orta məktəb şagirdləri, hərbi müəllimlər, Qarabağ müharibəsi əlilləri və şəhid ailələri qiymətli hədiyyələrlə mükafatlandırılıblar. Bu cür tədbirlərin keçirilməsi gənclər arasında vətənpərvərlik hissinin daha da yüksəldilməsi baxımından vacibdir.   Rəbərlik etdiyim təşkilat Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin təşkil etdiyi əksər tədbirlərdə, o cümlədən gənclərin hərbi xidmətə yola salınma və qarşılanma mərasimlərində də aktiv iştirak edir”.

E. Həsənli deyib ki İctimai Birlik müxtəlif dövlət qurumları tərəfindən keçirilən tədbirlərdə fəal iştirak edir:

“Bu mənada  “Şahinlər və Cəsurlar” hərbi idman oyunlarında bizim təşkilat yaxından iştirak edir, hərbi yönümlü QHT-lərlə bərabər silsilə tədbirlər həyata keçirir. Biz Daxili Qoşunlar, Sərhəd Qoşunları, Milli Qvardiya, Müdaifə Nazirliyinin hərbi hissələrində mütəmadi tədbirlər həyata keçirir, müharibə veteranlarının gənc əsgər, orta məktəb şagirdləri ilə görüşlərini təşkil edirik”.

Dövlət başçısı İlham Əliyevin 2014-cü ilin sentyabrın 20-də imzaladığı sərəncama uyğun olaraq cəbhə bölgəsində yaşayan əhalinin, xüsusilə gənclərin maarifləndirməsi işini həyata keçirirdiklərini deyən hərbi ekspert qeyd edib ki, bu işdə onlara Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası dəstək olur:

“Bizim əsas məqsədimizin dövlət və hərbi sirrinin yayılmasının qarşısını almaq, gənclərin Vətənin müdafiəsinə hazırlığını təmin etmək və cəbhə bölgəsində yaşayan əhali ilə hərbi hissələrin rəhbərliyi arasında əməkdaşlıq əlaqələrini möhkəmləndirməkdir”.

Ermənistan işağlçı yürüşü nəticəsində Azərbaycanın Dağlıq Qarabağ və ətraf rayonlarının bugündək düşmən tapdağı altında olduğunu xatırladan E.Həsənli bildirib ki, torpaqlarımız geri qaytarılmayana kimi müharibəni bitmiş saymaq olmaz:

“Əfsuslar olsun ki, müharibə şəraitində itkilər qaçılmazdır. Müdafiə naziri Zakir Həsənovun xüsusi tapşırığı var ki, bizim bir şəhidimizə görə, Ermənistan ən azı on itki verməlidir. Qeyd etmək lazımdır ki, Zakir Həsənovun müdafə naziri təmin olunmasından sonra Vətənə xidmət borcunu yerinə yetirərəkən şəhid olan övladlarımızın dəfn mərasimlərinə böyük diqqət yetirilir. Biz şəhdlərimizin son mənzilə yola salınması, hüzr mərasimlərində də iştirak edirik. Bizim mənəvi borcumuzdur ki, digər QHT-ləri də bu işlərə cəlb edək. Bugün Azərbaycan ordusu regionun ən güclü ordusu kimi işğal altında olan torpaqlarımızın azad edilməsi üçün Ali Baş Komandanın əmrinə hazırdır. İl ərzində keçirilən irimiqyaslı təlimlər bunu sübut edir ”.

Hərbi ekspert qeyd edib ki, rənbərlik etdiyi təşkilat ölkənin ictimai-siyasi proseslərində də yaxından iştirak edir: “Birinci Avropa Oyunları ərəfəsində mətbuat və QHT-lərarası böyük bir koalisya yaradılmışdı. Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi də həmin koalisiyanın apardığı fəaliyyətdə yaxından iştirak edib. Eyni zamanda, beşinci çağırış Milli Məclisə seçkilərdə səsvermə prosesinin şəffaf keçirilməsini təmin etmək məqsədilə bizim təşkilat monitorinq missiyası həyata keçirib”.

E.Həsənli İctimai Birliyin beynəlxalq əlaqələrindən danışaraq qeyd edib ki, o fevral ayında Almaniyanın paytaxtı Berlində təşkil olunan mitinq və konfranslarda, Azərbaycan və Türkiyə diasporalarının birgə tədbirlərində iştirak edib. Təşkilat sədrinin sözlərinə görə, həmin tədbirlərdə millət vəkilləri Siyaviş Novruzov, Rauf Əliyev, Qənirə Paşayeva da var idi.

Hərbi ekspert bildirib ki, noyabr ayında Türkiyədə tədbirlər keçirilib:

“Biz həmin tədbirlərdə də yaxından iştirak etmişik. Noyabrın 13-16-sı İğdırda böyük konfrans baş tutub. Həmçinin, noyabrın 15-20-sində İstanbulda şəhid ailələri dərnəkləri, müharibə qaziləri ilə görüşlər keçirib, qardaş ölkədə bir sıra universitetlərdə silsilə tədbirlər təşkil etmişik. Bu, proses demək olar ki, Təxris Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyi tərəfindən hər il davam etdirilir”.

Həyata keçirilən tədbirlərin nəticəsi olaraq E.Həsənli qeyd edib ki, hazırda ölkədə gənclər arasında hərbi xidmətə hazırlıq, vətənpərvərlik hissi, mənəvi-psixoloji hazırlıq yüksək səviyyədədir: “Hər il aparılan məqsədyönlü iş onu deməyə əsas verir ki, artıq Azərbaycan gənclərinin hərbi xidmətə yola salınma mərasimi bayram əhval-rühiyyəsi ilə keçir. Bu, gənclik torpaqların düşmən tapdağında qalmasına imkan verməyəcək”.

Hərbi ekspert əlavə edib ki, bu il Müdafiə Nazirliyi tərəfindən ən böyük hərbi təlimlərdən biri baş tutub: “Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti oprativ olaraq ölkədə səfərbərlik təşkil edib. Ehtiyatda olan on min hərbi qulluqçu çağırış yerlərinə gəlib. Həmin şəxslər təxris olunmuş hərbçilərdir. Biz bu işlərin həyata keçirilməsi üçün öz üzərimizə düşən vəzifəni uğurla yerinə yetirməyə çalışmışıq. Bu məqsədlə media ilə yüksək səviyyədə əməkdaşlıq əlaqələri qurub, digər hərbi yönümlü QHT-lərlə fəal şəkildə işbirliyi həyata keçiririk. Biz gələcəkdə də bu istiqamətdə apardığımız fəaliyyəti davam etdirəcəyik”.


İsa Hacıyev
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü