Modern.az

Fizika Problemləri İnstitutunun 10 illiyi qeyd olunub

Fizika Problemləri İnstitutunun 10 illiyi qeyd olunub

Təhsil

25 Dekabr 2015, 14:15


Bakı Dövlət Universitetinin Fizika Problemləri İnstitutunun yaranmasının 10-cu ildönümünə həsr olunmuş “Fizikanın Müasir Problemləri” adlı 9-cu beynəlxalq elmi konfrans öz işinə başlayıb.

Modern.az xəbər verir ki, konfransı açan BDU-nun rektoru, akademik Abel Məhərrəmov onun əhəmiyyətini qeyd edərək bildirib ki, konfrans elmin müxtəlif sahələrinin kəşisməsində aparılan tədqiqatların səmərəliliyinin artmasına öz töhfəsini verəcək.

Konfransa respublikanın bütün ali məktəblərindən, AMEA-nın institutlarından məqalələr daxil olduğunu deyən rektor onu da bildirib ki, konfransı 20-yə qədər xarici mütəxəssis onlayn müşahidə edəcək. O da məlum olub ki, konfransa Türkiyə, Rusiya, ABŞ, Yaponiya, Almaniya, İsveçrə, Pakistan, Monteneqro, Makedoniya və Polşanın aparıcı elmi müəssisələri və ali məktəblərindən 30-dək elmi məqalə göndərilib.

Qeyd edək ki, konfrans Opto-, Nanoelektronika, Kondensə olunmuş mühit fizikası, Bioloji sistemlər fizikası, Nəzəri və Riyazi fizika, Yüksək enerjilər fizikası, Astrofizika və Eko elmlər bölmələrində davam edəcək və ümumilikdə 184 məruzə dinləniləcək.


Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü