Modern.az

Ərdoğan intihar hadisəsinin qarşısını aldı

Ərdoğan intihar hadisəsinin qarşısını aldı

Təhsil

25 Dekabr 2015, 17:00

 

Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, Boğaziçi Körpüsündə intihar təşəbbüsündə olan insanı istəyinin qarşısını alıb.

Modern.az  türk mediasına istinadən xəbər verir ki, vətəndaşın özü atmaq istədiyi ərəfədə dövlət başçısının maşın karvanı yaxınlıqda hərəkət edirmiş.

Qələbəlik yarandığından maşın karvanı dayanıb və intihar cəhdi barəsində Ərdoğana məlumat verilib. İntihar istəyində olan şəxs dövlət başçısının onunla maraqlandığını eşidəndən sonra fikrindən yayınıb.

Sonradan Ərdoğanla görüşən sakin problemləri səbəbindən bu addımı atdığını deyib. Prezident köməkçilərinə onun problemləri ilə maraqlanmaq tapşırığı verib.  

Elmin NURİ

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü