Modern.az

Rauf Mirqədirov son söz dedi, bəraət istədi

Rauf Mirqədirov son söz dedi, bəraət istədi

Təhsil

25 Dekabr 2015, 17:09

Bakı Ağır Cinayətlər Məhkəməsində “Ayna-Zerkalo” qəzetinin sabiq əməkdaşı, jurnalist Rauf Mirqədirov barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Onun hüquqlarını müdafiə edən vəkil Fuad Ağayevin Modern.az saytına verdiyi məlumata görə hakim Əlisultan Osmanovun sədrliyi ilə olan proses qapalı keçirilib: "Rauf Mirqədirov iclasda ittiham üzrə özünü təqsirli bilməyərək, məhkəmədən bəraət istədi və son söz dedi".

Vəkil bildirib ki, növbəti məhkəmənin vaxtı gələn həftə bəlli olacaq:

"Bundan sonra hakimlər müşavirəyə getdi və məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salındı. Ötən prosesdə dövlət ittihamçısı Rauf Mirqədirovun 7 il müddətinə azadlıqdan məhrum edilməsini istədi".

 R. Mirqədirov 2014-cü 19-da Türkiyədə saxlanılaraq Azərbaycana deportasiya olunub. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsinə əsasən ittiham olunur. Ötən il aprelin 19-da saxlanılan R. Mirqədirov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Bundan sonra R. Mirqədirov barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti bir neçə dəfə uzadılıb.

Gülşən RAUFQIZI

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü