Modern.az

Prezident Bakıda yarımstansiyaların açılışlarında oldu

Prezident Bakıda yarımstansiyaların açılışlarında oldu

Təhsil

25 Dekabr 2015, 17:44



Dekabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyev Xəzər rayonunda 110 kilovoltluq “Buzovna-2”, 35 kilovoltluq “Sarıqaya”, “Fatmayı”, “Məhəmmədi”, eləcə də 221, 219, 86 və 87 saylı yarımstansiyaların açılışlarında iştirak edib.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev dövlət başçısına məlumat verdi ki, 110/35/10 kilovoltluq “Buzovna-2” yarımstansiyası 110/10 kilovoltluq “Buzovna dartı” yarımstansiyasının yerində inşa olunub. Beynəlxalq tələblərə cavab verən yeni energetika qurğusunun inşaat işləri zamanı milli memarlıqla beynəlxalq təcrübənin elementləri yüksək peşəkarlıqla uzlaşdırılıb. Ərazidə əsaslı abadlıq və yaşıllaşdırma işləri aparılıb, yüksək keyfiyyətli asfalt salınıb. Ən müasir standartlar səviyyəsində icra olunan bu cür layihələr ölkəmizdə yenidənqurma tədbirlərinin ardıcıl olaraq keyfiyyətlə həyata keçirildiyini bir daha göstərir.

Dövlət başçısına animasiya, sxemlər, dron çəkilişlər, qrafiklər və digər əyani vasitələr əsasında paytaxtda və regionlarda görülən işlər barədə də məlumat verildi. Qeyd edildi ki, ötən qısa müddətdə 7 regional idarəetmə strukturu formalaşdırılıb və ölkəmizin bölgələrində böyük həcmdə yenidənqurma tədbirləri həyata keçirilib.

Yeni “Buzovna-2” yarımstansiyası Xəzər rayonunun böyük bir hissəsinin elektrik enerjisi təchizatının yaxşılaşdırılması, ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi, 110 və 35 kilovoltluq elektrik şəbəkələrinin əlaqələndirilməsi işlərində mühüm rol oynayacaq. Bu yarımstansiyanın inşası Abşeron yarımadasındakı 110 kilovoltluq paylayıcı şəbəkələrin şimal bölgəsi ilə əlaqələndirilməsi planının ilk mərhələsini təşkil edir. Belə ki, yeni yarımstansiyanın hesabına “Şimal”, “Təmiz şəhər”, “Sumqayıt” elektrik stansiyalarının, həmçinin 220 kilovoltluq “Zabrat” və “Sənaye qovşağı” yarımstansiyalarının əlaqələndirilməsi ilə 110 kilovoltluq elektrik təchizatı sxeminin etibarlılığı artır. “Buzovna-2” yarımstansiyası mövcud 35 kilovoltluq şəbəkə üçün mənbə olduğundan 35 kilovoltluq dairəvi sxemə aid yarımstansiyaları əlaqələndirəcək. Bu da öz növbəsində mövcud 35 kilovoltluq yarımstansiyalar arasında dairəvi elektrik təchizatı sxeminin, həmçinin elektrik şəbəkələrinin dayanıqlı iş rejiminin formalaşdırılmasına şərait yaradacaq. Şimal bölgəsi ilə əlaqələndirmə planının ilkin mərhələsi çərçivəsində perspektivdə nəzərdə tutulan işlərin yekunlaşması üçün 110/35/10 kilovoltluq “Buzovna-1” və “Buzovna-2” yarımstansiyaları arasında ikidövrəli kabel xətləri çəkiləcək. Ümumilikdə, “Buzovna-2” yarımstansiyası paytaxtın və ölkənin elektrik şəbəkəsinə mühüm töhfədir.

Sonra Prezident İlham Əliyevə açılışı olan 35 kilovoltluq yarımstansiyalar barədə məlumat verildi.

Dövlət başçısı “Buzovna-2” yarımstansiyasını işə saldı.



Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü