Modern.az

Devalvasiya evdar qadınları, ərsiz anaları ağır duruma saldı...

Devalvasiya evdar qadınları, ərsiz anaları ağır duruma saldı...

26 Dekabr 2015, 09:54

Milli valyutamız manatın dollar qarşısında ucuzlaşması bütün növ məhsullarla yanaşı, gündəlik tələbat mallarının da qiymətlərinə nəzərə çarpacaq təsir etdi. Təbii ki, xaricdən gətirilən gündəlik tələbat mallarının bahalaşacağını gözləmək olardı. Lakin yeri istehsal olan məhsulların qiymətlərinin qalxması aztəminatlı ailələrə çox pis təsir etdi.
Azərbaycan ailə-məişət ənənəsinə görə, gündəlik tələbat məhsullarının alınması və hazırlanan yeməklərin ortaya çıxarılması işləri ən çox hallarda evdar xanımların üzərində düşür. Devalvasiyadan qabaq ailənin büdcəsinə uyğun olaraq ki, 20-30 manatla bazara gedib 2-3 günün bazarlığını edən evdar qadın artıq həmin pulla alver edə bilmirsə, bu da öz növbəsində ailədə qadınların da psixikasına mənfi təsir edir, deyə bilərik. Bu baxımdan kişisiz olan ailələr daha çox əziyyət çəkir. Çünki ailəyə həm ata, həm də ana olmaq istəyən qadın artıq ailənin yaşayış xərclərini, dolanışığını çatdıra bilmir...

Psixoloq Vəfa Əkbər Modern.az-a verdiyi açıqlamada belə situasiyalarda evin xanımlarının, anaların daha çox psixoloji stress, əziyyət çəkdiklərini söyləyib: “Hazırda sosial gərginlik artmaqdadır. Devalvasiyadan sonra bu, özünü kasıb və maddi imkanı aşağı olan insanlarda daha çox göstərir. Evdar qadınlar əziyyət çəkirlər, evdə bu cür maliyyə çətinlikləri varsa, onun yaşadığı stress birbaşa uşağa və həyat yoldaşına yönəlir. Nəticədə ailə münasibətləri və şəxslərarası münasibətlər pozulur. Təbii ki, bu, ailədə gərginlik, əsəbiliyə, ən pis halda isə ünsiyyət hallarının pozulmasına gətirib çıxarır. Psixologiyada belə bir yanaşma var ki, “Moskva piramidası”na əsaslansaq, insanların həyatda özlərinə yer və mövqe tutmaları üçün ən vacib şərtlər qida və yuxudur. Qida və yuxu tələbatı gərginlik artdıqda, depressiya və sıxıntılar olduğu zaman pozulur. Nəticədə isə bu, psixoloji xəstəliklərə səbəb ola bilər. Sağlam düşüncəli bir şəxs haqqında söz açmaq çətin olar”.

Vəfa Əkbər bugünkü çətin maddi durumda ailə başçılarının yalnız qadınlardan ibarət olduğu ailələrin daha çox psixiloji travma aldıqlarını bildirib: “Ailələrin hamısı bütöv, tam deyil. Bəzi ailələr var ki, orada ailə başçısı qadındır. Yəni qadın  ailənin həm anası, həm də atasıdır. Aydındır ki, kişi vəfat edə bilər, ailəsini ata bilər. Ona görə də ailənin bütün yükü, yəni həm maddi, həm də mənəvi çətinliyi qadının, ananın üzərinə düşə bilər. İkili öhdəlikləri yerinə yetirə bilməyən ana, valideyn uşaqlarının yanında aciz durumda qalır. Hətta uşaqlarının qarşısında ağlayır, göz yaşı tökür. Bu da birbaşa olaraq uşaqlara pis təsir edir. Digər tərəfdən isə bəzi ailələrdə müalicəyə ehtiyacı olan uşaqlar var ki, dərmanlara pul çatdıra bilmirlər. Qaldı ki, indiki vəziyyətdə yeməklərini necə alsınlar... Öhdəlikləri yerinə yetirə bilmədikcə, ailədə sosial gərginlik artır. Özgüvən aşağı düşür və uşaqların gözlərində inam, etibarlılıq düşür. Devalvasiyanın verdiyi zərərlərin nəticələri hələ hiss olunmur. Amma sui-qəsdlərin, oğurluqların, özünə intiharların sayı artacaq. Çünki insanlar qidalanmaq və özlərini qorumaq istəyirlər”.

Ağa Akifoğlu

Sizə yeni x var
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü