Modern.az

“Geosiyasət”də neft amili

“Geosiyasət”də neft amili

26 Dekabr 2015, 10:29

Lider TV-də Elçin Mirzəbəylinin təqdimatında yayımlanan verilişin növbəti buraxılışı dekabrın 28-də, saat 21:00-da efirdə olacaq 


Lider TV-də jurnalist, siyasi şərhçi Elçin Mirzəbəylinin təqdimatında yayımlanan “Geosiyasət” verilişinin növbəti buraxılışı dekabrın 28-də, saat 21:00-da efirdə olacaq.

Bu dəfəki buraxılış Suriya böhranının BMT Təhlükəsizlik Şurası çərçivəsində həlli prosesinə, İraqdakı türk hərbçiləri ətrafında yaranmış vəziyyətə və geosiyasətdə neft amilinin roluna həsr olunub.

Müəllifin qənaətinə görə, böyük şahmat taxtası üzərindən yürüdüldüyü iddia edilən siyasət Böyük gücün əslində olduqca sadə və praktik olan hədəfləri ilə bağlı reallıqları pərdələmək üçün uydurulan və ictimai rəyə sırınan mürəkkəb geosiyasi kombinasiyalar haqqında nağıldan başqa bir deyil:

“Son illərin hadisələri sübuta yetirdi ki, qara qızıl nəinki insanların, kiçikdən böyüyə qədər çeşidli ölkələrin həm xəritə, həm də geosiyasi şahmat taxtaları üzərindəki rəngini də qaralda bilir. Ola bilsin ki, bu gün neft terrorunun və neft terrorizminin simvoluna çevrilmiş İŞİD-in rənginin, bayrağının, əməllərinin, hətta üzünün də qara olması təsadüfi deyil. Bu üzün arxasında dünyanı terror və aqressiv separitzm bataqlığına sürükləyənlərin kölgəsi də qaradı... Bəlkə də qara qızılın qara günləri dünya siyasətinin üzünün qaraldığı andan, qara qızılı üz qarasına çevirənlərin geosiyasi seçimindən başlayır”.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü