Modern.az

Elmira Axundovanın həyat yoldaşı vəfat etdi - FOTO

Elmira Axundovanın həyat yoldaşı vəfat etdi - FOTO

26 Dekabr 2015, 10:49

 


Milli Məclisin deputatı Elmira Axundovanın ailəsinə ağır itki üz verib.

Modern.az saytı xəbər verir ki, xanım deputatın həyat yoldaşı Ramiz Həbib oğlu Axundov ötən gecə, dekabrın 25-dən 26-a keçən gecə uzun sürən xəstəlikdən 78 yaşında vəfat edib.

Qeyd edək ki, tanınmış rejissor Ramiz Axundov məşhur rəssam Səttar Bəhlulzadəyə həsr olunmuş yeganə filmin müəllifi idi.

O, AzTV-nin yaradıcılarından biri idi. Prezident təqaüdçüsü idi.

Mərhum bü gün Yasamal qəbiristanlığında dəfn olunacaq. R. Axundovun üç mərasimi dekabrın 28-də Təzə Pir məscidində baş tutacaq.

Allah rəhmət eləsin!



Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü