Modern.az

Prezidentin ata evini yandırdılar

Prezidentin ata evini yandırdılar

Təhsil

26 Dekabr 2015, 11:36

Amerikanın Arkanzas ştatında sabiq prezident Bill Klintonun ata evi yandırılıb. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, yerli polis orqanları prezidentin uşaqlıq illərini keçirdiyi evin qəsdən yandırıldığını ehtimal edir.

Məlumata görə, yanğın Milad gecəsi başlayıb. Yanğınsöndürənlər 2 mərtəbəli tarixi tikilini çətinliklə xilas edə biliblər.

1992-2000-ci illərdə ABŞ prezidenti səlahiyyətlərini icra edən Bill Klinton 1946-cı ildə Arkanzas ştatında doğluub. O həyatının ilk 4 ilini nənə və babasına məxsus həmən evdə keçirib. Sonradan ev milli tarixi abidə elan olunub və muzeyə çevrilib.


Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?