Modern.az

Rusiyada “ilin adamı” seçildi

Rusiyada “ilin adamı” seçildi

26 Dekabr 2015, 13:15


Rusiyanın “Levada mərkəzi”i 2015-ci ildə ölkə sakinlərinin ən çox bəyəndiyi siyasətçilərin adlarını açıqlayıb. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, rəyi soruşulan rusların 56%-i prezident Vladimir Putini “ilin adamı” adlandırıb.

İkinci pillədə xarici işlər naziri Sergey Lavrov, üçüncü isə müdafiə naziri Seregy Şoqyudur.

“İlin qadını” nomanasiyasında isə iki qalib olub. Onlardan biri Almaniya kansleri Angela Merkel, digəri isə Rusiya Federasiya Şurasının sədri Valettina Matvienkodur. Xanım siyasətçiər hərəyə 6% səs toplayıblar.

“Levada mərkəzi”nin sosioloji sorğusu Rusiyanın 48 regionundakı 137 yaşayış məntəqəsində 1600 nəfər arasında keçirilib.

Vüqar İsmayılov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan Bakıya hərbi təhdid - Raketlər işə düşdü