İraq Kürdüstanın baş naziri Nəçirvan Bərzani Türkiyəyə gəlir.
Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Bərzani Prezident Rəcəb Tayyib Ərdoğan və baş nazir Əhməd Davudoğlu tərəfindən qəbul ediləcək. Prezident Ərdoğan Bərzani ilə Mabeyn qəsrində görüşəcək. Görüş bu gün Türkiyə saatı ilə saat 14:00-da baş tutacaq. Bərzani daha sonra Əhməd Davudoğlu ilə Dolmabaxça sarayında bir araya gələcək. Nəcirvan Bərzani iki həftə əvvəl də İraq Kürdüstanın lideri Məsud Bərzani ilə Türkiyəyə gəlmişdi. Türkiyə mediası baş tutacaq bu görüşü belə şərh edir: “Bərzani Mosuldakı Türk bazası üçün gəlir” İraqdakı Bağdad hökuməti Ankaranın bu ölkənin ərazisinə əsgər göndərməsinə etiraz etmişdi.